I tiakina i:
Ngā taipitopito rārangi puna kōrero
Ngā kaituhi matua: Aliyev, Maftun, Əhmədova, Bahar
Hōputu: Recurso digital
Reo:
I whakaputaina: Zenodo 2025
Ngā marau:
Urunga tuihono:https://doi.org/10.5281/zenodo.17764563
Ngā Tūtohu: Tāpirihia he Tūtohu
Kāore He Tūtohu, Me noho koe te mea tuatahi ki te tūtohu i tēnei pūkete!
Rārangi ihirangi:
  • <p><span lang="AZ-LATIN">Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı müəssisələrin idarəetmə, istehsal və əməliyyat fəaliyyətində köklü dəyişikliklərə səbəb olmuşdur. </span><span lang="EN-US">Xüsusilə bulud texnologiyaları (Cloud Computing) müasir iqtisadi sistemlərdə çeviklik, resurs səmərəliliyi, təhlükəsizlik və miqyaslana bilən infrastruktur imkanlarına görə mühüm yer tutmaqdadır. Bulud texnologiyalarının tətbiqi müəssisələrə fiziki serverlərə və mürəkkəb avadanlıqlara ehtiyac duymadan, məlumatların saxlanması və idarə edilməsində daha elastik və iqtisadi həllər təqdim edir. Məqalədə bulud texnologiyalarının əsas prinsipləri, xidmət modelləri (IaaS, PaaS, SaaS), texnoloji strukturu və təhlükəsizlik mexanizmləri geniş şəkildə təhlil olunur. Bununla yanaşı, bulud sistemlərinin müəssisələrin maliyyə səmərəliliyinə, idarəetmə çevikliyinə və innovativ inkişaf potensialına təsiri mühəndis baxımından qiymətləndirilmişdir. Müəssisələr üçün texniki baxımdan yüksək etibarlılıq, fəlakət bərpası, avtomatlaşdırılmış idarəetmə və miqyaslana bilən resurs istifadəsi kimi üstünlüklərlə yanaşı, hüquqi uyğunluq və məlumat məxfiliyi kimi risklər də qeyd edilmişdir. Nəticələr göstərir ki, bulud texnologiyaları yalnız texniki yenilik deyil, həm də biznesin rəqabət qabiliyyətini və strateji dayanıqlığını təmin edən mühüm idarəetmə alətidir.</span></p>