שמור ב:
| Main Authors: | , |

| פורמט: | Recurso digital |
| שפה: | |
| יצא לאור: |
Zenodo
2025

| נושאים: | |
| גישה מקוונת: | https://doi.org/10.5281/zenodo.17767668 |
| תגים: |
הוספת תג
אין תגיות, היה/י הראשונ/ה לתייג את הרשומה!

תוכן הענינים:

Bu məqalədə türkçülük ideyası tarixi kökləri, mədəni və ictimai dəyəri, eləcə də rəqəmsal dövrdə qarşılaşdığı çağırış və imkanlar kontekstində tədqiq olunur. XIX əsrin sonu – XX əsrin əvvəllərində formalaşmağa başlayan türkçülük hərəkatı yalnız milli özünüdərk və birliyə xidmət edən ideoloji platforma deyil, həm də ortaq dil, tarix və mədəniyyət üzərində qurulan intellektual bir sistem kimi qiymətləndirilir. İdeyanın əsas məğzi türk xalqları arasında mənəvi inteqrasiyanın gücləndirilməsi, milli kimliyin qorunması və ortaq tarixi yaddaşın möhkəmləndirilməsi ilə bağlıdır.

Müasir dövrdə qloballaşma və rəqəmsal texnologiyaların sürətli inkişafı bu ideyanın yenidən şərh edilməsinə zəmin yaratmışdır. İnformasiya-kommunikasiya vasitələri, sosial şəbəkələr, rəqəmsal arxivlər və süni intellekt alətləri türkçülük ideyasının daha geniş kütlələrə çatdırılması üçün mühüm vasitələrə çevrilmişdir. Bununla yanaşı, rəqəmsal mühitdə yanlış məlumatların, saxtalaşdırılmış narrativlərin və ideoloji manipulyasiyaların yayılması kimi risklər də qeyd edilir.

Məqalədə tarixi irsin rəqəmsal platformalarda yenidən qurulmasının əhəmiyyəti xüsusi olaraq vurğulanır. Belə ki, rəqəmsal texnologiyalar yalnız tarixi-mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsini təmin etmir, həm də türkçülüyün qlobal elmi və mədəni diskurslarda mövqeyini möhkəmləndirir. Gələcəyə baxış isə bu ideyanın sadəcə tarixi miras kimi deyil, həm də innovativ yanaşmalarla zənginləşdirilmiş dinamik bir konsepsiya olaraq davamlı inkişaf etdirilməsini zəruri göstərir.