I tiakina i:
| Kaituhi matua: | |
|---|---|
| Hōputu: | Recurso digital |
| Reo: | |
| I whakaputaina: |
Zenodo
2025
|
| Ngā marau: | |
| Urunga tuihono: | https://doi.org/10.5281/zenodo.17769882 |
| Ngā Tūtohu: |
Tāpirihia he Tūtohu
Kāore He Tūtohu, Me noho koe te mea tuatahi ki te tūtohu i tēnei pūkete!
|
Rārangi ihirangi:
- <p><span lang="AZ-LATIN">Tədris prosesinin optimallaşdırılmasında informasiya texnologiyalarının tətbiqi müasir dövrdə təhsil sisteminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən biridir. Qloballaşma, rəqəmsallaşma və informasiya cəmiyyətinin formalaşması nəticəsində ənənəvi tədris metodları müasir tələblərə cavab vermədiyi üçün yeni texnologiyaların tətbiqi zərurətə çevrilmişdir. İnformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyası təhsil alanların öyrənmə motivasiyasını artırır, biliklərin daha tez, səmərəli və yaradıcı formada mənimsənilməsinə şərait yaradır. Sistemin tətbiqi sayəsində dərslərin interaktivliyi təmin olunur, müəllim-şagird əməkdaşlığı möhkəmlənir və dərslərin keyfiyyəti yüksəlir. Elektron resurslar, onlayn tədris platformaları, virtual sinif otaqları və multimedial vasitələr dərs materiallarının daha əyani təqdim edilməsinə imkan verir. Bununla yanaşı, elektron kitabxanalar, rəqəmsal laboratoriyalar və simulyasiya proqramları təlim prosesinin optimallaşdırılmasına xidmət edir.</span></p>