Saved in:
Bibliographic Details
Main Author: Elekberov, Faiq
Format: Recurso digital
Language:
Published: Zenodo 2025
Online Access:https://doi.org/10.5281/zenodo.17159689
Tags: Add Tag
No Tags, Be the first to tag this record!
Table of Contents:

Məqalədə Türkçülüyün mahiyyətinə, məzmununa aydınlıq gətirilməyə çalışılmışdır. Burada
Türkçülük cərəyanı iki istiqamətdə: 1) Türk, Türklük, Türkçülük anlayışları daha çox etnos, xalq,
milliyyət, milliyyətçilik kimi (siyasi-ideoloji təlim), 2) Türk, Türklük, Türkçülük anlayışları törə,
əxlaq, kültür, dünyagörüş kimi (sosial-fəlsəfi təlim) təhlil olunmuşdur. Bu günə qədər Türk, Türklük,
Türkçülük anlayışları əsasən etnos, xalq, milliyyət, milliyyətçilik, millət, millətçilik kimi dəyərləndirilmişdir.
Hətta, bundan irəli gələrək həmin anlayışları etnos, milliyyət, millətə verilən təriflərə
əsaslanaraq gen-qan, dil, mədəniyyət-kültür, tarix-coğrafiya birlikləri əsasında izah olunmağa çalışılmışdır.
Bu isə, Türk, Türklük, Türkçülük anlayışlarının daha çox siyasi, siyasi-ideoloji yükünü
ortaya qoymuşdur. Əlbəttə, Türk, Türklük, Türkçülük anlayışlarının bu yöndən şərhlərini, interpretasiyalarını
diqqətə almamaq mümkün deyildir. Çünki həmin anlayışların bu yöndən izahlarında
da xeyli dərəcədə inandırıcı, obyektiv cəhətlər vardır. Ancaq bu anlayışlara sırf etnos, milliyyət,
dil əsasında izahlar vermək müəyyən dərəcədə doğru olsa da, ümumi anlamda Türk, Türklük,
Türkçülüyün fəlsəfi mahiyyətini özündə əks etdirməmişdir. Məqalənin ana xətti Türk, Türklük,
Türkçülük anlayışlarınının ilk dəfə, əsaslı şəkildə fəlsəfi ya da sosial sistem, ya da ümumilikdə sosial-
fəlsəfi təlim kimi dəyərləndirilməsi olmuşdur. Müəllif, bir çox qaynaqlara da istinad etməklə,
Türk, Türklük, Türkçülük anlayışlarının əslində daha çox fəlsəfi, sosioloji ya da sosial-fəlsəfi yükünü
ortaya qoymağa çalışmışdır. Başqa sözlə, müəllif məqalədə həmin anlayışların fəlsəfi, sosioloji və
sosial-fəlsəfi yönlərini qabartmış, onun əsas mahiyyətinin əxlaq, kültür, yaşam tərzi, dəyərlər, bir
sözlə özünəməxsus təlimlə, dünyagörüşlə bağlı olduğunu göstərmişdir.